Bakının ən fərqli moda layihəsi "Best Mom Prince & Princess"


Kriminal 04 İyn 2019 19:07:00 329 0

Bakının ən fərqli moda layihəsi "Best Mom Prince & Princess"

Bakının ən fərqli moda layihəsi hesab olunan "Best Mom Prince & Princess"ana-uşaq moda layihəsinin Qala Gecəsi  böyük maraqla qarşılandı.

Son.az Trend-ə istinadən bildirir ki, artıq 6-cı dəfə idi ki təşkil olunan tədbir həm iştirakçıların, həm də tanınmış simaların rəğbətini qazanmağı bacardı. Layihənin rəhbəri, ana-bala dəbi üzrə həvəskar dizayner Günay Vəliyevadır. Tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdi və "High Life Fashion and Model" Academy-nin prezidenti Mübariz Allahverdizadənin dəstəyi ilə keçirilir. Gecənin açılışını gənc, istedadlı xanım, bəstəkar Məryəm Əlibəylinin tələbəsi Sübhanə Acalova etdi. Daha sonra ana-övlad bağının dəb forması müxtəlif konseptlərdə izləyicilərə təqdim olundu. Peşəkarlardan ibarət münsiflər heyətinin balları əsasında iştirakçılar arasında qaliblər müəyyənləşdi:

"Ana-qız" qalib cütlüklər

Birinci yer  Səbinə Qəniyeva və qızı Sofiya

İkinci yer Abutalıbova Ayan və qızı Məryəm

Üçüncü yer   Məlikova Cəmilə və qızı Aliya 

"Ana-oğul" qalib cütlüklər

Birinci yer  Abbasova Pərvanə, oğulları Hüseyn, Əli, Mustafa