Vaqif Əsədov: Taksi sürücüsünün vurduğu məktəblilərin valideynləri şikayətçi deyil


Digərləri 04 İyn 2019 18:36:00 197 0

Vaqif Əsədov: Taksi sürücüsünün vurduğu məktəblilərin valideynləri şikayətçi deyil

Bakı şəhər BPİ DYPİ paytaxtda məktəblilərin vurulmasını əks etdirən yol qəzasının görüntüləri ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Bakı şəhər BPİ DYPİ paytaxtda məktəblilərin vurulmasını əks etdirən yol qəzasının görüntüləri ilə bağlı məlumat yayıb. Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntülər tərəfimizdən araşdırılıb: "Görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb. 1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib". V.Əsədov bildirib ki, hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb: