Kim harada dincələcək?


Şou-biznes 04 İyn 2019 18:29:00 246 0

Kim harada dincələcək?

Yayın gəlişi ilə şou-biznes əhlinin "İnstagram" profilləri rəngarəng fotolarla bəzənməyə başlayıb.

İstirahətə yollanan yerli tanınmışlar çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşməyə davam edirlər. Bəs, yayın qarşıdakı aylarında kim harada dincələcək?

Son.az xəbər verir ki, "Yeni Sabah" bununla bağlı sənətçilər arasında sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, bizim müğənnilər bu dincəlmək yox, işləməyə üstünlük verəcəklər.

Təranə Qumral: "Ramazan ayı yeni bitdi. Biz bu ayda demək olar ki, işləməmişik. Evdə oturub, arada bir rayonlara gedib dincəlmişik. Ancaq qarşıdakı üç ayda dincəlmək yox, işləmək fikrindəyik. Ta Məhərrəm ayınına kimi. Ondan sonra bir plan qurub dincələrik".

Yusif Mustafayev: "Mən xarici ölkələrə getmirəm. 2003-cü ildən bəri təyyarəyə minmirəm. Təyyarə ilə səfər etməyi sevmirəm. Yay aylarında ya ailəmlə dilbər güşələrimizə, ya da Bilgəhdə dəniz kənarına gedəcəyəm. Mənim bir saat boş vaxtım olan kimi fürsətdən istifadə edib dənizin qırağına gedib ruhumu dinləndirirəm".