Səfir: "Azərbaycanla Çin arasında münasibətlər yeni inkişaf səviyyəsinə çatıb"


Digərləri 04 İyn 2019 18:00:00 230 0

Səfir: "Azərbaycanla Çin arasında münasibətlər yeni inkişaf səviyyəsinə çatıb"

"Son zamanlar Azərbaycanla Çin arasında münasibətlər yeni inkişaf səviyyəsinə çatıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Vey Cinxua deyib.

Səfir bildirib ki, aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfər edərək İkinci "Bir Kəmər Bir Yol" Beynəlxalq Əməkdaşlıq Zirvə Sammitində iştirakı və eyni zamanda 10 gün əvvəl Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü və xarici işlər naziri Vanq Yinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni səviyyəyə çıxmasının bariz nümunəsidir.

Ç.Cinxua vurğulayıb ki, sürətlə inkişaf edən Çin-Azərbaycan münasibətlərinin, hər iki tərəfin qarşılıqlı olaraq bir-birinin dilini və mədəniyyətini daha yaxşı anlayan elçilərinə, mehriban əlaqələndiricilərinə malik olmasına ehtiyacı var.