Bakı Fond Birjasında YENİ TƏYİNAT var


Digərləri 04 İyn 2019 18:01:00 187 0

Bakı Fond Birjasında YENİ TƏYİNAT var

“Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Bakı. Xeyrəddin Nəsirzadə - “Bakı Fond Birjası” (BFB) QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Trend-in məlumatına görə, iclasda BFB-nin 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənib, müddəti bitdiyi üçün yeni Audit Komitəsi formalaşdırılıb, eləcə də gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi ətrafında müzakirələr aparıldıqdan sonra təsdiq edilib. Bundan başqa, ümumi yığıncaqda “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri Vüqar Namazovun digər işə keçməsi ilə əlaqədar müraciətinə əsasən vəzifəsindən azad olunub və “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifələrinin müvəqqəti icrası Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İdarə Heyətinin üzvü Eldar Faiq oğlu Abdullayevə həvalə olunub.