Sınaqda 700ə yaxın bal yığırdı,


Digərləri 04 İyn 2019 17:54:00 220 0

Sınaqda 700ə yaxın bal yığırdı,

Artıq respublika və beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin ölkə universitetlərinə imtahansız qəbulu bu sahəyə olan marağı xeyli artırıb. Bu il nəticələrinə əsasən 274 nəfər universitetlərə imtahansız qəbul olacaq ki, onlardan 127 nəfəri bölgə və kənd məktəblərinin şagirdləridir.

Son.az xəbər verir ki, qafqazinfo onlardan biri ilə, bu il ölkəmizi beynəlxalq olimpiadada fizika fənnindən təmsil edəcək Merac Məmmədovla söhbətləşib.

Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi olan Merac dəfələrlə ölkə üzrə keçirilmiş olimpiadaların fizika fənni üzrə qalibi olub.

Respublika gümüş medalçısı olimpiadalara hazırlaşmağa ötən ildən başlayıb:

Ötən ilin dekabr ayından sırf olimpiada üzrə hazırlaşmağa başlamışam. Bundan əvvəl qəbul imtahanına hazırlaşırdım. Sınaqdan 670-680 bal toplayırdım. Gördüm ki, artıq qəbul imtahanının sualları marağımı ödəmir və başladım olimpiadaya hazırlaşmağa.

Olimpiadalar respublika səviyyəsində 3 mərhələdən ibarətdir: rayon, yarımfinal və final turları. Rayon turunda iştirak etdim və uğur qazandım. Bu, marağımı daha da artırdı. Beləliklə, daha çox öyrənməyə başladım. Rayon mərhələsini məktəb dərslikləri ilə keçmək mümkün idi. Ancaq digər turlara hazırlaşmaq üçün universitet səviyyəsində konseptlərin lazım olduğunu gördüm. Finala getmək istəyirdimsə, özüm nəsə etməliydim". 

Bu zaman Merac Məmmədovun köməyinə beynəlxalq fizika olimpiadasının gümüş medalçısı olan əmisi oğlu Nahid Məmmədov çatıb:

"Xoşbəxtlikdən babam güclü fizikaçı olub. Əmilərim fizika, riyaziyyat fənləri üzrə güclüdür. Xüsusilə də, əmimoğlu təcrübəsi olduğundan mənə kömək etdi. Qalanını da internetdə xarici mənbələrdən oxuyaraq hazırlaşdım. Rayon mərhələsinə gedəndə 100-150-ci olmaq belə mənə böyük naliyyət kimi görünürdü, ancaq cavablar çıxanda respublika üzrə 11-ci olduğumu gördüm. Hər uğur çox böyük motivasiya verdi və gecələr saat 3-ə kimi hazırlaşırdım. Bunun nəticəsidir ki, yarımfinalda  5-ci oldum. Respublika olimpiadasının finalı üçün daha güclü hazırlaşdım və gümüş medal qazandım. 

Respublika olimpiadasından qat-qat çətini beynəlxalq olimpiadaya gedəcək 5 nəfər üçün olan seçmələrdir. Həmin seçmələrə girdim və ilk 5-ə girdim.

Beynəlxalq olimpiada hər ilin iyul ayında baş tutur. Burada 90 ölkənin hərəsindən 5 nəfər olmaqla 450 şagird yarışır. Əlimizdən gələni elədik. Ancaq çox çətin olduğundan ötən il nəticə ala bilmədik. Bu il isə özümüzə çox inanırıq". 


Xəbərə aid fotolar