Azərbaycan Hindistanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib


Digərləri 04 İyn 2019 17:41:00 200 0

Azərbaycan Hindistanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Turizm Bürosu turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

Dövlət Turizm Agentliyindən Son.az-a verilən məlumata görə, ölkəmizə gələn əcnəbilərin sayını artırmaq məqsədilə yerli turoperatorların nümayəndələri ilə Hindistandan olan turizm şirkətləri arasında tanışlıq görüşü təşkil olunub.

50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilib.

Mumbay şəhərindən olan şirkətlərin Azərbaycan və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı və Qəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.

Bakıda xidmət göstərən hotellər və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.