Bakıda Çin Dili və Mədəniyyət Mərkəzi açılıb (FOTO)


Digərləri 04 İyn 2019 17:48:44 203 0

Bakıda Çin Dili və Mədəniyyət Mərkəzi açılıb (FOTO)

Bu gün Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnsitutu ilə Siyasi Psixologiya Mərkəzi (SPM) arasında SPM-də Çin Dili və Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalanıb.

Bakı. Elçin Mehdiyev - Bu gün Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnsitutu ilə Siyasi Psixologiya Mərkəzi (SPM) arasında SPM-də Çin Dili və Mədəniyyət Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalanıb. Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Çinin Azərbaycandakı səfiri Vey Cinxua, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan S.Seyidov mərkəzin Azərbaycan və Çin xalqları arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib. S.Seyidov vurğulayıb ki, bu gün Azərbaycan ilə Çin arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. O qeyd edib ki, Azərbaycan ilə Çin arasında tarixi əlaqələr mövcuddur: “Azərbaycan ilə Çin qədim “İpək Yolu” vasitəsilə dünyanın iqtisadi inkişafına mühüm töhfə verir, sivilizasiyaları bir-birinə yaxınlaşdırır və mövcud əməkdaşlığı daha da genişləndirir. İnanıram ki, iki ölkə arasında əlaqələr bundan sonra da uğurla inkiaf edəcək”. Daha sonra çıxış edən səfir V.Cinxua SPM-də Çin Dili və Mədəniyyəti Mərkəzinin açılmasını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, bu mərkəzin açılması Azərbaycan-Çin münasibətlərin yüksək əhəmiyyət daşıdığını göstərir: