ABŞ Bolqarıstana 8 ədəd F16 qırıcısı göndərir


Dünya 04 İyn 2019 17:14:00 242 0

ABŞ Bolqarıstana 8 ədəd F16 qırıcısı göndərir

ABŞ Bolqarıstana 1 milyard 673 milyon dollar dəyərində F-16 qırıcıları, Block 70/72 hərbi təyyarə satıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti sözügedən satışa icazə verib.

Pentaqonun Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyi bəyan edib ki, Bolqarıstana 8 ədəd F-16 qırıcı və Block 70/72 hərbi təyyarə satılması razılaşdırılıb.

Qeyd edilir ki, Bolqarıstan danışıqlar zamanı 8 ədəd F-16/C və D seriya model istəyib.