Prokuror bibisinin keçmiş həyat yoldaşını öldürən şəxsə 14 il cəza istədi


Digərləri 04 İyn 2019 17:12:08 225 0

Prokuror bibisinin keçmiş həyat yoldaşını öldürən şəxsə 14 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror A.Abbasovun 14 il azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, ötən ilin iyul ayında Şabran rayonunda A.Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.