Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər


Digərləri 04 İyn 2019 17:05:00 231 0

Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər

"Xəzər dənizinin suyunun çirklənməsinin qarşısını almaq üçün yeni tipli təmizləyici qurğuların tikilməsi nəzərdə tutulur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, ölkə ərazisində kanalizasiya, su xətləri yenidən çəkilir. Yaxın dövrdə dövlət proqramına uyğun olaraq çirkləndiricilərin qarşısı alınacaq.

Z.Kazımov əlavə edib ki, Xəzər dənizinin bəzi ərazilərindən götürülən nümunələrin nəticələri bəlli olsa da, Nabrandan, Xaçmazın bir hissəsindən, Türkan ərazisindən götürülən nümunələrin laborator müayinəsi hələ yekunlaşmayıb. Onların da nəticələri qısa müddətdə açıqlanacaq.

Z.Kazımov qeyd edib ki, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərinin istifadəyə yararsız olmasına səbəb orada yaşayış yerlərindən məişət çirkab sularının birbaşa dənizə axıdılmasıdır: