“Yaxşı ər olsaydı, evimdə oturardım”


Şou-biznes 04 İyn 2019 17:07:00 284 0

“Yaxşı ər olsaydı, evimdə oturardım”

Müğənni Mətanət Əsədova ATV-də yayımlanan "Ulduzlu yayım" proqramında qonaq olarkən maraqlı açıqlamalar verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı barədə danışıb. 

Mətanət qeyd edib ki, maddi problemlərinə görə bu sənətdən ayrıla bilmir: "Allah mənə səs, gözəl görünüş, yaxşı qəlb və ağıl verib. Fiziki cəhətdən qüsursuz insanam. Allah nə etməli idi, mükəmməl ər verməli idi? Yaxşı ər olsaydı, evimdə oturardım. Sonuncu dəfə mikrofonu sizin yanınızda əlimə götürəcəkdim, daha sonra bu sahə ilə vidalaşacaqdım. Problemlərimi həll etmək üçün oxuyuram. Qəşəng geyinib səhnəyə çıxmaqla insan xoşbəxt olmur. Bir damcı səsim tələbatımı həll edib. Oxumasam, acından ölərəm".