UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək


Digərləri 04 İyn 2019 16:59:00 192 0

UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

İyunun 10-da Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.

Bakı. İyunun 10-da Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək. UNEC-dən Trend-ə verilən məlumata görə, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir. “Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında bütün ali təhsil müəssisələrində təhsil alan, o cümlədən əlilliyi olan tələbə, magistr və məzunlar təklif olunan müxtəlif iş vakasiyası və təcrübə proqramlarına müraciət edə biləcəklər.