Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələrinə baş çəkdilər


Digərləri 04 İyn 2019 16:55:00 308 0

Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələrinə baş çəkdilər

Ramazan ayının özəlliklərindən biri də sülh, birlik, rifah və milli adət-ənənələrimizdən irəli gələn insanları, xüsusən diqqətə ehtiyacı olan şəxsləri yada salmaqdır. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərində şəhid olmuş igidlərimizin ailələri ziyarət edilib.

Son.az xəbər verir ki, tanınmış müğənnilər Elnur Məmmədovun, Amil Həsənoğlunun, Kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayevin Baş İdarənin əməkdaşları ilə birlikdə ailələrlə görüşü, məzhəkəçinin uşaqlarla məzəli söhbətləri şəhid balaların qəlbinə sevinc, körpələrin dodaqlarına təbəssüm qondurub.

Vətən torpağı uğrunda ŞƏHİD olmuş igidlərimiz hər zaman qəlbimizdə yaşayır, onların övladlarına qayğı göstərib, valideynlərinə layiq böyüməsinə dəstək olmaq isə hər birimizin müqəddəs borcumuzdur.