Nazirlik: Builki iyun ayının temperaturu iyul, avqust üçün səciyyəvidir


Digərləri 04 İyn 2019 16:54:00 195 0

Nazirlik: Builki iyun ayının temperaturu iyul, avqust üçün səciyyəvidir

Bu ilin iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust ayları üçün səciyyəvidir.

Bakı. İlhamə İsabalayeva - Bu ilin iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul, avqust ayları üçün səciyyəvidir. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu il iyun ayı üçün verilən proqnozda onun həmişəkindən isti olacağı deyilmişdi: "Bu il iyun ayının ilk günlərindən ölkə ərazisində hava şəraiti isti keçir. Müqayisə aparsaq görərik ki, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq, 5-7 dərəcə yüksəkdir. Keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi. Bu ilin iyun ayında isə keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq".