981 nəfər qızılcaya yoluxub


Dünya 04 İyn 2019 16:42:00 240 0

981 nəfər qızılcaya yoluxub

ABŞ-da yanvarın 1-dən qızılcaya yoluxanların sayı 981 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət edilməsi və onların qarşısının alınması üzrə Mərkəzdən bildiriblər.

Məlumatda deyilir: "Bu gün "CDC" bildirir ki, 2019-cu ildə ABŞ-da 981 qızılcaya yoluxma halı qeydə alınıb. Bu, 1992-ci ildən yarım il ərzində qeydə alınan ən yüksək göstəricidir. 1992-ci ildə 2126 yoluxma halı olub".

Qeyd edilir ki, virus ölkənin 26 ştatında, o cümlədən Nyu York, Kaliforniya, Corciya, Merilend, Pensilvaniya və Vaşinqtonda da yayılıb.