Fenerbahçe-nin idman direktoru Bakıya niyə gəlib?


İdman 04 İyn 2019 16:45:00 266 0

Fenerbahçe-nin idman direktoru Bakıya niyə gəlib?

Fenerbahçe-nin idman direktoru Damien Komolli ötən həftə Bakıda olub.

Bu barədə Türkiyə mətbuatına açıqlamasında fransalı futbol funksioneri özü məlumat verib. Mayın 29-da Bakı Olimpiya Stadionunda Chelsea Arsenal arasında keçirilən Avroliqanın final oyununu izləyən Komolli transfer məsələsi üçün paytaxtımıza gəldiyini bildirib. Ancaq o, hansı futbolçu ilə görüşdüyünü deməyib.

Türkiyə mətbuatı isə iddia edir ki, Fenerbahçe rəsmisi uzun müddətdir adı İstanbul klubu ilə hallanan və Arsenal-dan ayrılacağı gözlənilən Məsut Özillə görüşüb və mümkün transferin detallarını müzakirə edib.