Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub (FOTO)


Digərləri 04 İyn 2019 16:44:00 195 0

Dəmiryolçu-idmançı beynəlxalq turnirin qalibi olub (FOTO)

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib.

Bakı. 31 may-1 iyun tarixlərində Ağır Atletika Federasiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq turnirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük inspektoru Mübariz Rafiq oğlu Dadaşov da iştirak edib. Yarışmada böyük əzmkarlıq göstərən Mübariz Dadaşov 140 kq çəki dərəcəsində 177,5 kq nəticə ilə beynəlxalq turnirin qalibi olub.