Avropa istehsalı olan SKODA avtomobilləri artıq yeni ünvanda yeni şərtlər ilə (FOTO)


Digərləri 04 İyn 2019 16:31:00 178 0

Avropa istehsalı olan SKODA avtomobilləri artıq yeni ünvanda yeni şərtlər ilə (FOTO)

Mayın 24-də SKODA Azerbaijan-ın yeni məkanda təntənəli açılış mərasimi baş tutub.

Bakı. Mayın 24-də SKODA Azerbaijan-ın yeni məkanda təntənəli açılış mərasimi baş tutub. Şirkətdən Trend-ə verilən məlumata görə, açılış xüsusi zövqlə təşkil edilmişdir. Tədbirdə skodasevənlərlə yanaşı, tədbir zamanı bu markaya ilk baxışdan vurulan media və şou-biznes əhli də iştrak edib. Üç hissədən ibarət olan tədbirdə əvvəlcə açılışı bildirən rəmzi qırmızı lent kəsilib. Daha sonra isə SKODA Azerbaijan-ın fəaliyyəti və təqdim etdiyi avtomobillər barədə qonaqlara ətraflı məlumat verilib. Mərasim ilk olaraq Azərbaycanda yenilik olan avtomobil defilesi ilə başlayıb. Avtomobil defilesi zamanı SKODA markasının dörd modeli – SKODA Kodiaq, SKODA Karoq, SKODA SuperB, SKODA Fabia combi nümayiş etdirilib. Tədbir möhtəşəm konsertlə davam etdi. Konsertin açılışını, Azərbaycanı 2019-cu ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən, Çingiz Mustafayev etdi. Şou proqram pop-diva Aygün Kazımovanın və sevilən müğənni-reper Miri Yusifin ifasında bir-birindən sevilən xitlərlə daha da yaddaqalan oldu. Qeyd edək ki, SKODA sərgi və satış salonu genişliyi və rahatlığı ilə göz oxşayır, Salonda müştərilərə bu füsunkar avtomobillər ilə yaxından tanış olamarı üçün hər bir şərait düşünülmüşdür. Avtosalonla yanaşı SKODA avtomobillərinin satış sonrası texniki xidmətinin göstərilməsi üçün müasir və avropa standartlarına uyğun servis mərkəzi fəaliyyət gostərir. Texnologiyaların son nəaliyyətllərini özündə əks etdirən SKODA avtomobillərinə təcrübəli, avropada xüsusi təlimlər keçmiş peşakar heyət xidmət göstərir. Onu da qeyd edək ki, SKODA VolksWagen AG konserninə daxil olduğu üçün bu servisdə SKODA ilə yanaşı AUDI, VW və SEAT avtomobillərinə təmir xidmətləri göstərəcəkdir. Rəsmi distributor olaraq SKAZ AUTOHOUSE MMC görülən bütün işlərə zəmanət verir SKAZ AUTOHOUSE MMC öz müştərilərinə SKODA avtomobillərini əldə etmək üçün xüsusi şərtlər təklif edir: Nağd qiymətlərlə (icbari sığorta hədiyyə edilir) Lizing şərtləri: - 15%-dan başlayan ilkin ödəniş - 19%-dan başlayan illik faiz dərəcəsi - 5 ilə qədər tam uyğun lizing şərtləri Və Daxili Kredit şərtləri: