Hesab.az hər zaman sosial layihələrə dəstək olur! (FOTO)


Digərləri 04 İyn 2019 16:24:00 210 0

Hesab.az hər zaman sosial layihələrə dəstək olur! (FOTO)

Hesab.az onlayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır.

Bakı. GoldenPay şirkəti - Hesab.az olayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır. GoldenPay şirkətindən Trend-ə verilən məlumata görə, həm təhsillə bağlı, həm də ictimai mövzulara həssas reaksiya göstərərək bu mövzularda da, onlayn ödəmə şirkətləri arasında lider olduğunu bir daha sübut etmiş olur. Öncədən də qeyd etdiyimiz kimi, Hesab.az “ASAN Məktub” layihəsinə kommunikasiya dəstəyi göstərir. Hesab.az –ın “ASAN Məktub”- a növbəti dəstək layihəsi çərçivəsində Hesab.az- da qeydiyyatlı istifadəçilər ödənişlər zamanı topladıqları bonuslarını Dərhal dəyiş bölməsində “ASAN Məktub”-a dəstək üçün dəyişdilər. Hesab.az-ın istifadəçiləri ilə birlikdə dəyişdiyi 100.000.000 bonus sayəsində 1000 AZN məbləğində Asan Məktubda uşaqların ehtiyacları qarşılandı. Artıq uşaqlar hədiyyələrinə qovuşdular. Hesab.az komandası 1000 AZN məbləğində hədiyyələri alaraq “ASAN Məktub”- un rəsmi saytına əlavə edilən uşaqların arzularının bir qismini reallaşdırmış oldular. Hesab.az eyni zamanda, kiçik Milanaya və Xəqaniyə dəstək olmaq məqsədiylə öz sosial media kanalları vasitəsiylə istifadəçilərinə müraciət etmişdir. GoldenPay şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva bildirib ki, uşaqların üzlərindəki sevinc və gülüşə səbəb olmaq Hesab.az komandası üçün çox qürur verici hissdir. “ASAN Məktub”- un rəsmi saytında əlavə edilən arzuların reallaşmasına görə hər bir Hesab.az istifadəçisinə təşəkkür edirik. Biz həm “ASAN Məktub” layihəsinə həm də, digər xeyriyyə məqsədli layihələrə dəstək olaraq ictimai məsuliyyətimizi dərk edir və bu yöndə əlimizdən gəldiyi qədər cəmiyyətə faydalı olmağa çalışırıq.