Mövsümün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər - Nazirlik


Digərləri 04 İyn 2019 16:05:00 264 0

Mövsümün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər - Nazirlik

Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən açıq elan edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən açıq elan edilib, lakin mövsümün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir: "Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl emədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk. Qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir. Məqsədimiz ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir".