“DOST süfrəsi” kampaniyası başa çatır


Digərləri 04 İyn 2019 15:04:12 174 0

“DOST süfrəsi” kampaniyası başa çatır

Ramazan ayının başa çatması ilə əlaqədar bu müqəddəs ay boyu davam edən “DOST süfrəsi” aksiyasına da yekun vurulur.

Bakı. Ramazan ayının başa çatması ilə əlaqədar bu müqəddəs ay boyu davam edən “DOST süfrəsi” aksiyasına da yekun vurulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar mart ayında keçirilən “DOST xonçası” kampaniyasının davamı olaraq, Ramazan ayının gəlişi ilə bağlı “DOST süfrəsi” aksiyası başladılmışdı. Aksiya bu müqəddəs ayın yüksək dəyərlərindən biri kimi xüsusən həssas qruplardan olanlarla iftar süfrəsini bölüşməyi nəzərdə tuturdu. “DOST xonçası” kimi “DOST süfrəsi” də elə ilk gündən maraqla qarşılanıb. Aksiyaya qoşulan bir çox dövlət qurumları, təşkilatlar, tanınmış şəxslər həssas qruplardan olanlarla iftar süfrəsini bölüşdülər. Onlar bu barədə facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşdılar.