Tehran səmasında uçuşlar qadağan olundu - SƏBƏB?


Digərləri 04 İyn 2019 14:46:00 191 0

Tehran səmasında uçuşlar qadağan olundu - SƏBƏB?

İranın Tehran vilayətinin aeroportları bu gün 5 saat fəaliyyətini dayandıracaq.

Bakı. Elnur Bağışov - İranın Tehran vilayətinin aeroportları bu gün 5 saat fəaliyyətini dayandıracaq. Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının İctimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib. R.Cəfərzadənin sözlərinə görə, Tehran səmasında 30 mil məsafədən istənilən yüksəkliklərdə bütün uçuşlar qadağandır. Şöbə müdiri deyib ki, İran İslam Respublikasının banisi Ayətulla Xomeyninin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək tədbirə görə Tehran vilayətinin aeroportlarında uçuşlar yerli vaxtla saat 16:00-dan 21:00-dək ləğv edilib. R.Cəfərzadə bunun bütün yerli və xarici şirkətlərə elan olunduğunu bildirib.