Azərbaycanda POSterminallar niyə işləmir?


Digərləri 04 İyn 2019 14:39:00 231 0

Azərbaycanda POSterminallar niyə işləmir?

Yaxın gələcəkdə onlayn kassa tətbiq olunacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, hazırda bu, test rejimində tətbiq olunmağa başlayıb:

"Nazirlər Kabinetinin hazırladığı qrafikə görə, bu aparatlar təsdiq olunacaq. Məqsəd sahibkarların üzərinə əlavə yükün düşməməsidir. Amma bu sahədə problemlər çoxdur. Bu problemlər, əsasən, vərdişlərlə bağlıdır. Bu vərdişlər çoxdan formalaşıb və birdən-birə dəyişmək də çətindir. Amma biz uzun müddət oturub gözləyə bilmərik".

Sahib Ələkbərov POS-terminalların işləməməsindən də danışıb.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67 minə düşüb: