Serj Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq


Dünya 04 İyn 2019 14:25:00 230 0

Serj Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Çexiyanın paytaxtı Praqa şəhərinin məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul edib.

Məlumatı Ermənistan KİV-ləri yayıb.

Qeyd edək ki, ötən il dekabrın 7-də "İnterpol" və Praqa polisi 31 yaşlı N.Sarkisyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib.

Son.az virtualaz-a istinadən xəbər verir ki, Ermənistanda S.Sarkisyanın qardaşı oğluna qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz silah saxlamaq, işgəncə vermək ittihamları irəli sürülüb.