Lopeteqinin yeni iş yeri müəyyənləşdi


İdman 04 İyn 2019 13:51:00 260 0

Lopeteqinin yeni iş yeri müəyyənləşdi

İspaniya millisinin sabiq çalışdırıcısı Xulen Lopeteqinin Sevilla-ya baş məşqçi təyinatı rəsmiləşib.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İspaniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Xoakin Kaparrosu əvəzləyib.

Qeyd edək ki, Lopeteqinin son klubu Real olub. O, ötən ilin yayından oktyabr ayına kimi "kral klubu"na başçılıq edib.