Nazir: "Azərbaycanın bütün regionlarında sənaye məhələllərinin yaradılması planlaşdırılır"


Digərləri 04 İyn 2019 14:14:00 242 0

Nazir: "Azərbaycanın bütün regionlarında sənaye məhələllərinin yaradılması planlaşdırılır"

Gələcəkdə Azərbaycanın bütün regionlarında sənaye məhələllərinin yaradılması planlaşdırılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə deyib.

O bildirib ki, hər bir regionun ehtiyaclarını araşdırmaq və sahibkarlar üçün daha çox maraq kəsb edən sahələr üzrə sənaye parkları və məhəllələri yaratmaq lazımdır.

Nazir əlavə edib ki, bu ilin sonunadək Hacıqabul və Sabirabadda sənaye məhəllələri açılacaq.