İranda tayfalar arasında dava:


Dünya 04 İyn 2019 14:03:00 252 0

İranda tayfalar arasında dava:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.