Sabunçuda kafedə iki nəfərə xəsarət yetirən şəxs tutulub


Digərləri 04 İyn 2019 13:33:00 261 0

Sabunçuda kafedə iki nəfərə xəsarət yetirən şəxs tutulub

Sabunçuda kafedə iki nəfərə xəsarət yetirən şəxs tutulub

Bakı. Sabunçuda kafedə iki nəfərə xəsarət yetirən şəxs tutulub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olub. A.Göyüşovun vəziyyəti orta-ağır, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Əzizov saxlanılıb.