“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti açıq müsabiqə elan edir


Digərləri 04 İyn 2019 13:00:00 211 0

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti açıq müsabiqə elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yükaşırma həcminin artırılması və digər aidiyyəti işlərin görülməsi məqsədi ilə məsləhətçi xidmətlərin satın alınması üzrə açıq müsabiqə elan edir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yükaşırma həcminin artırılması və digər aidiyyəti işlərin görülməsi məqsədi ilə məsləhətçi xidmətlərin satın alınması üzrə açıq müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 20 iyun 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 25 iyun 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərflər 27 iyun 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır. Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər: