Bakıda dostunu öldürüb qaçan şəxsə


Kriminal 04 İyn 2019 12:55:00 221 0

Bakıda dostunu öldürüb qaçan şəxsə

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə.Nağıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində baş verib. 1985-ci ildə Naxçıvanda anadan olmuş Nağıyev Əli Rəfail oğlu dostu ilə dalaşaraq onu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerindəcə ölüb. Nağıyev dostunu küçədə qan içində qoyaraq hüquq-mühafizə orqanlarının əlinə keçməmək üçün Gürcüstana qaçıb. Lakin orada saxlanılıb və Bakıya ekstradisiya edilib.