Azərbaycanda ictimai çimərliklər olmalıdır


Digərləri 04 İyn 2019 12:59:00 234 0

Azərbaycanda ictimai çimərliklər olmalıdır

Azərbaycanda ictimai çimərliklər olmalıdır. Belə çimərliklərin olması olduqca vacib məsələdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, hazırda özəl çimərliklər var və onların sayının az olması bizi narahat edir: "Dünyada bütün çimərliklərin, demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər".