AMEAdan AÇIQLAMA: "Mənzil bölgüsü tam şəffaflıqla aparılıb"


Digərləri 04 İyn 2019 12:41:00 193 0

AMEAdan AÇIQLAMA: "Mənzil bölgüsü tam şəffaflıqla aparılıb"

AMEA İşlər idarəsi müdirinin müavini, Mənzil komissiyasının katibi Sərdar Əliyev Akademiya mənzil bölgüsü ilə bağlı iddialara münasibət bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, S.Əliyevin açıqlamasında deyilir:

"Bir neçə gündür ki, ölkənin bəzi xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında məskunlaşan alimlər üçün nəzərdə tutulmuş yeni tikilidə mənzillərin bölgüsü məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib. Baxmayaraq ki, mənzil bölgüsünün sosial ədalət prinsiplərinə riayət olunmaqla və tam şəffaflıqla aparılması haqqında akademiya tərəfindən sübut və dəlillərə əsaslanmış açıqlamalar dəfələrlə verilib.

Məlumat üçün bir daha qeyd edirik ki, AMEA ilə "Evrostroy-S" MMC arasında Azərbaycan Milli Elmlər Akademiyasının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,12 ünvanında yerləşən yataqxanasının ərazisində, yataqxanada yaşayan AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə müqavilə 14 noyabr 2012-ci il tarixdə bağlanmışdır.

"Evrostroy-S" MMC ilə aparılan çoxsaylı görüşlər, gərgin söhbətlər və nəticədə tərəfimizdən respublika prokurorluğuna edilən müraciət sayəsində hazırkı vaxta qədər "Evrostroy-S" MMC tərəfindən AMEA-ya yataqxana ərazisində inşa edilən binadan 58 mənzil (onlardan 4 mənzil mansard hissəsindən) ayrılmışdır. "Evrostroy-S" MMC yataqxana ərazisində inşa edilən binalarda boş mənzillər qalmadığını bildirərək sonralar Bakı şəhərinin kənar hissələrindəki yaşayış məntəqələrində və Bakı şəhərinin digər ünvanlarında yeni inşa edilən binalardan da mənzillər ayırmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, yataqxanada qeydiyyatda olub yaşayan və adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da işləyir, 36 ailə isə AMEA-da çalışmayanlardır. Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilmişdir.

Yataqxanada yaşayan 71 AMEA əməkdaşından 45 ailənin və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın mənzil almağa hüququ olduğu müəyyən edilmiş və onlara mənzil ayrılması barədə qərar qəbul edilmişdir.

"Evrostroy-S" MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan ayrılmış mənzillərin azlığını nəzərə alaraq, əsasən elmi dərəcəsi olan əməkdaşlara Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan, elmi dərəcəsi olmayan əməkdaşlara isə kənardakı ünvanlardan mənzillər verilmişdir. AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixdə keçirilən yığıncaqda mənzil ayrılmış 61 nəfərə mənzillərin sənədləri və açarları təqdim olunmuşdur.

Bundan sonra Şərifzadə küçəsindən kənarda mənzil ayrılmış əməkdaşlardan 5-i uzaqlığı əsas götürərək verilən mənzillərdən imtina etmişlər.

Komissiyanın növbəti iclaslarında isə yataqxanada yaşayan və qeydiyyatı olub yaşamayan 12 AMEA əməkdaşlarına da, o cümlədən qeydiyyatda olub yaşamayan 1 elmlər doktoruna və AMEA-da 0,5 ştatla işləyən, elmi dərəcəsi olan 5 ailəyə mənzil ayrılmışdır. "Evrostroy-S" MMC tərəfindən ayrılmış yeni mənzillərin də əməkdaşlara verilməsi davam etdirilir.

Müraciətlərin və şikayətlərin çoxluğunu nəzərə alaraq, 2017-ci ilin oktyabrından 2018-ci ilin iyul ayına qədər hər həftənin çərşənbə axşamı komissiya tərəfindən qəbul keçirildi. Müraciət edənlərə ətraflı izahatlar və mənzil almayanlara səbəbləri barədə geniş məlumat verilmişdir.

Hazırda şikayət edənlər, yəni mənzillə təmin olunmadıqlarına görə narazı qalanlar aşağıda qeyd edilənlərdir:

- AMEA-da işləyən, yataqxanada yaşadıqları müddətdə adlarına Bakı şəhərində, digər ünvanlarda mənzil olduğuna görə yataqxanada yaşamaq hüququnu itirənlər (11 ailə);

- AMEA-da işləməyən, yataqxanada qeydiyyatı və otağı olan, lakin yataqxanada yaşamayan ailələr (12 ailə);

- AMEA-da 0,5 ştat vahidi ilə işləyən, yataqxanada qeydiyyatı