Uşaq əməyinin istismarının qarşısının alınmasına dair maarifləndirmə tədbiri keçirilib (FOTO)


Digərləri 04 İyn 2019 12:20:00 223 0

Uşaq əməyinin istismarının qarşısının alınmasına dair maarifləndirmə tədbiri keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuz rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuz rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin sahibkarlar iştirak ediblər. İştirakçılar uşaq əməyinin istismarı, məcburi əmək və insan alveri ilə mübarizədə mövcud olan beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi barədə məlumatlandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Qeyd olunan hal ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulub.