Nazir: İqtisadi islahatlar sahibkarlığın inkişafının əsasıdır


Digərləri 04 İyn 2019 12:11:14 234 0

Nazir: İqtisadi islahatlar sahibkarlığın inkişafının əsasıdır

Azərbaycanda keçirilmiş iqtisadi islahatlar özəl sektorun inkişafı və qeyri-neft sektorunun dayanıqlı artımına xidmət edir

Bakı. Azərbaycanda keçirilmiş iqtisadi islahatlar özəl sektorun inkişafı və qeyri-neft sektorunun dayanıqlı artımına xidmət edir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı bildirib. Nazir bildirib ki, qeyri-neft ixracının təşviqi məqsədilə hökumət sahibkarların büdcə dəstəyi mexanizmini işə salıb. Bu proqram çərçivəsində 2017-ci ildən ixracatçı sahibkarlar dövlət büdcəsindən 12 milyon manatdan çox vəsait alıblar. Ş.Mustafayev deyib ki, indiyədək 28 ixrac missiyası təşkil olunub, məhsullarımız 24 beynəlxalq sərgidə iştirak edib: