Agentlik sədri: Turizm şirkətlərinin sığorta mexanizmləri olmalıdır


Digərləri 04 İyn 2019 12:15:00 188 0

Agentlik sədri: Turizm şirkətlərinin sığorta mexanizmləri olmalıdır

Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, sabah riskləri qarşılaya bilsin

Bakı. İlhamə İsabalayeva - Biz başa düşürük ki, turizm şirkətləri ilə bağlı nöqsanlar var. Turizm şirkətlərinə nəzarət mexanizmləri olmalıdır. Bu səbəbdən də mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlamışıq. Qanun bu işi tənzimləyəcək. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. 2015-ci ildə turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən onların fəaliyyətinə nəzarət etmək bir qədər çətindir.