İranda tayfalar arasında dava: Ölən və yaralanan var


Digərləri 04 İyn 2019 12:08:17 192 0

İranda tayfalar arasında dava: Ölən və yaralanan var

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib.

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib. M.Qənbərinin sözlərinə görə, ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.