Azərbaycanda qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edildi


Digərləri 04 İyn 2019 11:55:00 227 0

Azərbaycanda qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edildi

Dövlət Turizm Agentliyi Azərbaycanda qoruqların fəaliyyəti ilə bağlı yeni qurumun yaradılmasını təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu agentliyin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyində qoruqlarla bağlı publik hüquqi şəxs qismində Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasını təklif ediblər:

"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarəolunması təklif edilir. İstəyirik ki, proseslər şəffaf keçsin. Qoruqlarda turniketlər quraşdırılacaq və biz qoruqların bütün gəlirlərini görəcəyik. Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək".

F.Nağıyev əlavə edib ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruq fəaliyyət göstərir. Qoruqların bəzilərində müəyyən işlərinin görülməsinə ehtiyac var.