Şamaxı Rəsədxanası: Azərbaycanda ay bu gün axşam 20:20-21:06 radələrində gözlə görünəcək


Digərləri 04 İyn 2019 11:56:00 210 0

Şamaxı Rəsədxanası: Azərbaycanda ay bu gün axşam 20:20-21:06 radələrində gözlə görünəcək

Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Bakı. Şamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib. Rəsədxananın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni ay 03 iyun 2019 cu il tarixdə 14-03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib. Təzələnmiş ayın görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın gözlə görmək mümkündür.