Nigar Şəbnəmi yenə ələ saldı


Şou-biznes 04 İyn 2019 11:46:00 219 0

Nigar Şəbnəmi yenə ələ saldı

Müğənni Nigar Camal yenə Şəbnəm Tovuzluya söz atıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Eurovision- 2011" qalibi Şəbnəmin bir neçə ay bundan əvvəl "Avropanın paytaxtı Amerikadır" deməsini məsxərəyə qoyub.

Nigar sosial şəbəkədə foto paylaşaraq "London Böyük Britaniyanın paytaxtıdır" şərhini yazıb və gülüş işarəsi qoyub. Bundan sonra instaqram istifadəçiləri şəklə rəy yazaraq Nigarın Şəbnəmə söz atdığını bildirib və Tovuzlunu yenidən tənqid ediblər.

Xatırladaq ki, Nigar bir müddət əvvəl "Gucci" kəmərini tərs taxan Şəbnəmə söz atmış, tərəflər arasında qalmaqal yaranmışdı.


Xəbərə aid foto