Real fransız futbolçunu tibbi yoxlamadan keçirir


İdman 04 İyn 2019 11:43:00 293 0

Real fransız futbolçunu tibbi yoxlamadan keçirir

Lyon-un müdafiəçisi Ferlan Mendi Real-a keçməyə hazırlaşır.

Goal.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, klublar arasında danışıqlar müsbət yekunlaşıb.

"Kral klubu" bu gün 24 yaşlı sol cinah oyunçusunu tibbi yoxlanışdan keçirəcək. Bu məqsədlə ispanların həkimləri Fransadadır. Tibbi testlərdən sonra transferlə bağlı rəsmi açıqlama olacaq. Bu keçid Lyon-a 55 milyon avro qazandıracaq. Futbolçu isə yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 2017-ci ildən Lyon-da çıxış edən Ferlan Mendi ötən ildən Fransa millisinə də çağırılır.