Bakıda yeni “Amburan Kids” uşaq əyləncə mərkəzi açıldı


Digərləri 04 İyn 2019 11:30:00 427 0

Bakıda yeni “Amburan Kids” uşaq əyləncə mərkəzi açıldı

Ölkəmizdə ailəvi istirahət, əyləncə və uşaq inkişafı sahəsində ixtisaslaşan "Caspian Entertainment" şirkəti daha bir möhtəşəm layihəyə imza atdı. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Oyna, əylən, kəşf et!" devizi altında "Amburan Kids" uşaq əyləncə mərkəzinin açılışını etməklə bu sektorda yeni səhifə açdı.

"Amburan Kids" uşaqların səmərəli və əyləncəli vaxt keçirməsi üçün ideal məkandır. Burada müxtəlif yaşlarda olan uşaqlara fərqli əyləncə və fiziki inkişaf fəaliyyətləri təklif edilir.

Bu mərkəzdə fidanlarımızın gələcək həyatlarına hazırlaşması və vaxtlarını təlim keçmiş peşəkarlarla birlikdə həm əyləncəli, həm də maraqlı keçirməsi üçün hər cür şərait yaradılıb.

Müasir uşaqlar nə istədiklərini çox gözəl bilirlər. Buna görə də valideynlər onlara seçim imkanı verməlidir. Uşaqlarınızın maraqlarını, arzu və istəklərini düşünən peşəkar komandanın əməyi nəticəsində "Amburan Kids" kimi möhtəşəm əyləncə məkanı yaradıldı.

Bu əlamətdar günü qeyd etmək üçün "Caspian Entertainment" şirkəti ətrafında tərəfdaşlarını, dostlarını, eləcə də uşaqları və valideynləri toplayaraq möhtəşəm açılış mərasimi təşkil etdi.

Mərasimin aparıcılığı isə balaca qəhrəmanlara həvalə olundu. Öncə "Caspian Entertainment" şirkətinin marketinq və sponsorluq üzrə meneceri Mehriban Nəzərova qonaqları salamlayaraq şirkət və "Amburan Kids" layihəsi haqqında məlumat verdi.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Amburan Kids"in açılışına toplaşan uşaqları təbrik edən Mehriban Nəzərova bildirdi ki, Amburan Kids hər yaşa uyğun təkliflərlə il boyu xidmət göstərməyə hazırdır və çox yaxın zamanda uşaqların və valideynlərinin sevimli istirahər mərkəzinə çevrilməsinə ümid edir.

"Mərkəzdə yaşı 7-dən yuxarı olan uşaqlar üçün özündə bir çox atraksionları birləşdirən "Bono Bourg" adlı oyun zalı mövcuddur. Azyaşlılar dırmanma divarı, yumşaq kublar və dağçılıq idmanını xatırladan atraksionlarda maraqlı vaxt keçirəcəklər. Burada xüsusi təlim keçmiş nəzarətçilər tərəfindən təhlükəsizlik təmin olunur.

2-8 yaş arası uşaqlar üçün nəzərdə tutulan "Sweet City" daha bir rəngarəng oyun dünyasıdır. Valideynlərin dəstəyi ilə hətta körpələr bu məkanda əylənə bilərlər. Oyun tunelinin hər bir hissəsində uşaqları fərqli əyləncə gözləyir.


Xəbərə aid fotolar