Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır - Agentlik


Digərləri 04 İyn 2019 11:11:00 264 0

Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır - Agentlik

Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır

Bakı. İlhamə İsabalayeva - Avropa İttifaqı ölkələrindən Azərbaycana daha çox turistin gəlməsi üçün onlara sadələşdirilmiş vizaların verilməsi, vizalarını hava limanlarında birbaşa ala bilmələri üçün danışıqlar aparılır. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, ölkəyə turistlərin cəlb edilməsi üçün hazırda 6 istiqamət üzrə iş aparılır. F.Nağıyev əlavə edib ki, yay turizm mövsümündə Azərbaycana Çin, Hindistandan turistlərin gələcəyi gözlənilir: "Bu turistlər artıq ölkədə müşahidə edilir. Bu yay Avropa ölkələrindən də Azərbaycana turistlərin gələcəyi gözlənilir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin