Bu ölkədə artıq oğlanlar da məktəbə "yubka" geyinəcək FOTO


Dünya 04 İyn 2019 11:01:00 259 0

Bu ölkədə artıq oğlanlar da məktəbə "yubka" geyinəcək  FOTO

Meksikanın paytaxtı Mexikoda oğlanlara məktəbə "yubka"da getməyə icazə veriblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mexiko hakimiyyəti şəhərin təhsil müəssisələrində, oğlanlara "yubka", qızlara isə şalvar geyinmək icazəsini verərək, məktəbli formasını "neytral" ediblər.

"Biz Mexikonun təhsil naziri Esteban Moktesuma Barraqanla şəhərdə neytral məktəbli formasının tətbiqi haqda elan edirik. Artıq "yubka" qızların, şalvar isə oğlanların eksklüziv atributu sayılmır. Bərabər hüquqların irəliləməsi üçün sadə addımlar", - Mexikonun şəhər meri Klaudiya Şeynbaum Tvitterdə-ki mikrobloqunda yazıb.  

Yenilik bu bazar ertəsindən qüvvəyə minib. Bununla yanaşı, Mexikonun Təhsil naziri ölkənin digər ştatlarını da analoji qərar qəbul etməyə səsləyib.


Xəbərə aid foto