Nazir: "Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar"


Digərləri 04 İyn 2019 11:05:00 206 0

Nazir: "Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar"

Bu gün zəngin bioloji müxtəliflik komponentlərinə malik olan milli parklarda 100-dən yuxarı turist marşrutu yaradılıb, onlar müvafiq infrastrukturla təmin edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "Şəhərdən kəndə" aqroekoturizm layihəsinin təqdimatında çıxış edən zaman deyib.

Onun sözlərinə görə, Azərbaycanda qısa müddət ərzində milli parkların sayı 10-a çatdırılıb. Park ərazilərində ziyarətçilərin dolğun məlumatlandırılması məqsədilə əyani vəsaitlərlə, innovativ lövhələrlə təchiz olunmuş Məlumat Mərkəzləri var. Azyaşlı ziyarətçilər üçün isə onların maraq dairələrinə uyğun uşaq guşələri fəaliyyət göstərir.

M.Babayev əlavə edib ki, turistlərin müşayiət olunması və məlumatlandırılması üçün milli park ərazilərində bələdçilər fəaliyyət göstərir. Bu gün hər bir milli parkda ətraf kəndlər üzrə turistik baza məlumatları mövcuddur.

Onun bildirdiyinə görə, gələn qonaqlara kəndlərin tarixi, xüsusiyyətləri, istər yerli, istərsə də xarici turistlərin maraq dairəsinə aid imkanları, qonaq evlərinin siyahısı verilir və kəndlərin qastronomik imkanları təbliğ edilir: