Azərbaycanlılar xəyanətə görə qadının döyülməsini normal hesab edirlər FOTO


Digərləri 04 İyn 2019 10:52:00 245 0

Azərbaycanlılar xəyanətə görə qadının döyülməsini normal hesab edirlər  FOTO

Azərbaycanda 18 yaşı tamam olmamış şəxslərin zorakılığa məruz qalması ilə bağlı sorğu keçirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar.

Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat"da qeyd edilib.

Sorğu zamanı qadın respondentlərin 52,4 və kişi respondentlərin 66,5%-i uşaq ikən valideynləri tərəfindən şillələndiyini və ya şapalaqlandığını bildirib. 

Xüsusilə kişilər uşaqlıqda fiziki zorakılığın daha ağır formalarından əziyyət çəkdiklərini qeyd ediblər ki, qadınlarla müqayisədə, kişilər altı dəfə daha çox ağır əşyalarla döyülməsi və dörd dəfə daha çox döyülmə nəticəsində bədənlərində çapıq və zədələrin qalması barədə məlumat veriblər.

Kişilərin üçdə birindən çoxu və qadınların təxminən dörddə biri öz analarının həyat yoldaşları tərəfindən döyülməsinin şahidi olduqlarını diqqətə çatdırıblar.

Hesabatda qadınlara qarşı zorakılıq və zorlamaya münasibət də qeyd edilib.

Qadınlarla müqayisədə, kişilər öz həyat yoldaşlarına qarşı zorakılıq etməklə bağlı az da olsa, daha tolerant münasibət ifadə ediblər: zorakılığın daha uyğun vasitə olduğunu hesab edən kişi respondentlerin nisbəti vəziyyətdən asılı olaraq 15-66% ətrafında dəyişib.


Xəbərə aid fotolar