Muxtar Babayev: Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar


Digərləri 04 İyn 2019 10:45:00 204 0

Muxtar Babayev: Şəhərdən kəndə gələnlər buraya plastik mənşəli tullantılar atmamalıdırlar

Bu gün zəngin bioloji müxtəliflik komponentlərinə malik olan milli parklarda 100-dən yuxarı turist marşrutu yaradılıb, onlar müvafiq infrastrukturla təmin edilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün zəngin bioloji müxtəliflik komponentlərinə malik olan milli parklarda 100-dən yuxarı turist marşrutu yaradılıb, onlar müvafiq infrastrukturla təmin edilib. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “Şəhərdən kəndə” aqroekoturizm layihəsinin təqdimatında çıxış edən zaman deyib. Onun sözlərinə görə, Azərbaycanda qısa müddət ərzində milli parkların sayı 10-a çatdırılıb. Park ərazilərində ziyarətçilərin dolğun məlumatlandırılması məqsədilə əyani vəsaitlərlə, innovativ lövhələrlə təchiz olunmuş Məlumat Mərkəzləri var. Azyaşlı ziyarətçilər üçün isə onların maraq dairələrinə uyğun uşaq guşələri fəaliyyət göstərir. M.Babayev əlavə edib ki, turistlərin müşayiət olunması və məlumatlandırılması üçün milli park ərazilərində bələdçilər fəaliyyət göstərir. Bu gün hər bir milli parkda ətraf kəndlər üzrə turistik baza məlumatları mövcuddur.