BakıQazax yolunda dəhşət:


Digərləri 04 İyn 2019 10:32:00 210 0

BakıQazax yolunda dəhşət:

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA -ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus "KaMAZ" markalı yük maşınına dəyərək aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Ağır yol qəzasında ölən və yaralananlardan bəzilərinin adları açıqlanıb.

Hadisə zamanı yaralanan şəxslərdən 3-ü bir ailənin üzvləridir (Ucar sakinləri Şirəliyeva Elnarə Sərxan qızı (1968-ci il təvəllüdlü), onun övladları Şirəliyev Yusif Fikrət oğlu (13 yaş), Şirəliyev Nicat Fikrət oğlu (11 yaş)).

Qəza zamanı ölən şəxslərin hər ikisi kişidir. Onlardan birinin şəxsiyyəti müəyyənləşib. Bu, Yevlax sakini 1968-ci il təvəllüdlü Qasımov İsmət Vəliyəddin oğludur.