Bu il əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıb


Digərləri 04 İyn 2019 09:44:00 205 0

Bu il əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıb

Bu il əmək müqavilələrinin sayında 95 minə yaxın artım qeydə alınıb

Bakı. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə minimum əmək haqqının cari il martın 1-dən orta hesabla 40 faiz artrılması, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək müqavilələrinin sayında ardıcıl artıma imkan yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən 2019-cu ilin əvvəlindən bu günədək qeydiyyata alınmış əmək müqavilələrinin sayında (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) 95 minə yaxın artım qeydə alınıb. Həmin əmək müqavilələrindən 66 268-i qeyri-dövlət, qalanı dövlət sektorunda bağlanıb.