Meksikada 75 miqrant saxlanılıb


Dünya 04 İyn 2019 09:16:00 220 0

Meksikada 75 miqrant saxlanılıb

Meksikanın Federal Polisinin əməkdaşları Çyapas ştatında Mərkəzi Amerikadan olan qeyri-leqal miqrantları daşıyan avtobus aşkar ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Baş prokurorluğundan bildiriblər.

Məlumata əsasən, avtobusda 13 Honduras vətəndaşı, 3 Salvador vətəndaşı, 59 Qvatemala vətəndaşı olub.

Bildirilir ki, avtobusda olan şəxslərin Meksikada qala bilmələrini təsdiq edən sənəd olmayıb.